Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni qurum yaradılır

Azərbaycanda yeni qurum yaradılır

Date: 24 October 2016 14:43

Azərbaycanda müstəqil Milli Anti-Dopinq Agentliyi yaradılacaq.

Publika.az xəbər verir ki, bu barədə Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin komitə iclasında məlumat verib. O qeyd edib ki, yeni yaradılacaq qurum publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək:

“Bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq. Yaradılacaq Milli Anti-Dopinq Agentliyinə idmançılarda dopinqin aşkar edilməsi, onun mexanizmi, tibbi müayinələrin aparılması, testlərin tətqib edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər öz əksini tapacaq”.

Nazir əlavə edib ki, hətta Milli Anti-Dopinq Agentliyində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur.

Nazir deyib ki, hazırda nazirliyin tərkibində belə bir qurum fəaliyyət göstərsə də, o, beynəlxalq anti-dopinq təşkilatları tərəfindən tanınmır: “Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və andi-dopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq edəcək”.


Tags:  Azərbaycanda yeni qurum yaradılır

RƏYLƏR


Top news