Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya və İran konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirəcək

Rusiya və İran konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirəcək

Date: 24 October 2016 14:52

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya və İran arasında vizasız qrup turist səfərləri üzrə hökumətlərarası sazişə noyabr ayının sonunda baxılacaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Federal Turizm Agentliyinin rəsmi saytında məlumat verilib.
"Hazırda Rusiya Xarici İşlər Nazirliyi vizasız qrup turist səfərləri üzrə hökumətlərarası saziş üzərində işləyir. Bu sənədin yekun müzakirəsinin 2016-cı il noyabrın 22-23-də Tehranda keçiriləcək Rusiya və İran arasında konsulluq məsələləri üzrə XİN-lərarası məsləhətləşmələr çərçivəsində ediləcəyi planlaşdırılır" - bəyanatda deyilir.
Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonovla İranın Rusiyadakı səfiri Mehdi Sənai arasında keçirilən görüşdə Rusiyaya turist axınında əhəmiyyətli artımın olduğu vurğulanıb və fəal əməkdaşlığın davam etdirilməsi müzakirə olunub.

Tags:  Rusiya İran konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirəcək


RƏYLƏR


Top news