İdman yarışlarının manipuliyasiyası cinayət sayılacaq

İdman yarışlarının manipuliyasiyası cinayət sayılacaq
14:57 24 Oktyabr 2016
19 İdman
Ölkə mətbuatı
A- A+


Azərbaycanda idman yarışlarında manipuliyasiya, ona qarşı təbliğat və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunması təklif edilir.


"Report”un xəbərinə görə, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında "Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.


"Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilə 40-2 (İdman yarışlarının manipuliyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipuliyasiyası qadağan olunur. Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən 192-2-ci (İdman yarışlarının manipluiyasiyası) maddəyə görə idman yarışlarının manipuliyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və s. nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlqıdan məhrumetmə ilə cəzalandırılacaq. 


İdman yarışlarının manipuliyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şxəs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya s. nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi 3 000 manatdan 5 000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.


Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dman-yarlarnn-manipuliyasiyas-cinayt-saylacaq-t53586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR