İdmana xələl gətirənlər cəzalanacaq – QANUN SƏRTLƏŞDİRİLİR

İdmana xələl gətirənlər cəzalanacaq – QANUN SƏRTLƏŞDİRİLİR
14:58 24 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitənin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanuna və Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə dəyişikliyin edilməsi təklif edilir.

F.Muradov deyib ki, Cinayət Məcəlləsinə idman yarışlarının manipulyasiyası (192-2) maddəsi əlavə edilir.

Bu maddədə qeyd edilir ki, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsinə görə üç min manatdan beş min manatadək cərimələnmə və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilsin ( maddə 192-2.1).

192-2.2 maddəsinə görə isə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vədin qəbul edilməsinə görə üç min manatdan beş min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza tətbiq ediləcək. Bu hallar təkrar törədildikdə, eyni zamanda mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən törədildikdə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma olacaq.

Qanun layihəsinə görə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya, hədələmə, onlar barədə rüsvayedici məlumatlar yayma, əmlaklarını tələbetmə hədələməsinə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

Bu hal həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR