Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil oğruları tutuldular

Avtomobil oğruları tutuldular

Date: 24 October 2016 15:05

Abşeronda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.

Milli.Az DİN-ə istinadən bildirir ki, oktyabrın 17-də Abşeron rayonu ərazisindən qaçırılmış, Nicat İbrahimova məxsus "VAZ-2107" markalı avtomobil oktyabrın 22-də Xəzər rayonunun ərazisində tapılıb.

Xəzər RPİ və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulub.
 
Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.

Milli.Az


Tags:  Avtomobil oğruları tutuldular

RƏYLƏR


Top news