Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya və Azərbaycan musiqi mədəniyyəti vəhdəti Bakıda

İtaliya və Azərbaycan musiqi mədəniyyəti vəhdəti Bakıda

Date: 24 October 2016 15:05

Espressione D`Arte Assosasiyası (İtaliya), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Luigi Cherubini Konservatoriyasının (İtaliya, Florensiya) birgə əməkdaşlıq layihəsi çərçivəsində 27 oktyabr saat 1800 tarixlərində BMA-nın böyük zalında konsert keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlmişdir.

Tədbirdə solistlər: Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və AR xalq artisti, professor Yeganə Axundova (piano) iştirak edəcəklər.

Proqramda - F.P.Tosti, B.Bartok, F.List, C.Hacıyev, Ü.Hacıbəylinin əsərləri səslənəcəkdir.

Milli.Az


Tags:  İtaliya Azərbaycan musiqi mədəniyyəti vəhdəti Bakıda

RƏYLƏR


Top news