Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızıl alverçilərinin məhkəməsi başlayıb

Qızıl alverçilərinin məhkəməsi başlayıb

Date: 24 October 2016 15:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Adil İbrahimovTərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən T.Comərdov özünü təqsirli bilməyib, A.İbrahimov isə özünü qismən təqsirli bilib.

Prosesdə ifadə verən zərərçəkmiş Həsən Yaqubov istintaqa verdiyi ifadəsini təsdiqləyib. O deyib ki, A.İbrahimova 16 min 800 manat dəyərində qızıl verib, pulunu ala bilməyib. Digər zərərçəkmiş Hacı Quliyev də təqsirləndirilən A.İbrahimova qızıl verdiyini və pulunu ala bilmədiyini qeyd edib.

Proses noyabrın 2-də davam edəcək.

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər. Zərərçəkmiş F.Qasımov Bakı xəstəxanalarının birində həkim işləyir. T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.

Milli.Az


Tags:  Qızıl alverçilərinin məhkəməsi başlayıb

RƏYLƏR


Top news