Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xorvatiya prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Xorvatiya prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Date: 24 October 2016 15:08

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Publika.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xorvatiya prezidenti həmçinin oktyabrın 24-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kolinda Qrabar-Kitaroviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Xorvatiya prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Tags:  Xorvatiya prezidenti Fəxri Şəhidlər xiyabanlarını ziyarət edib

RƏYLƏR


Top news