Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb

Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb

60 yaşlı kişi ağacdan yıxılaraq ağır xəsarət alıb (22 Mart 2017 22:05)
Bakıda polis zabiti restoranda öldü (15 Mart 2017 10:43)
Polis zabiti restoranda öldü - BAKIDA (15 Mart 2017 10:29)

Tarix: 24 Oktyabr 2016 15:12

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda 30 yaşlı kişi döyülərək ağır xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Günəş" kafesində qeydə alınıb.
1986-ci il təvəllüdlü Şirvan şəhər sakini Hüseynov Elməddin Mötəbər oğlu kafedə müştəri qismində əyləşib. Yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olan E.Hüseynov digər masada əyləşən müştərilərin ünvanına nalayiq ifadələr işlədib. Mübahisə düşüb, nəticədə E.Hüseynov döyülüb
Ağır xəsarət alan yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Teqlər:  Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb



RƏYLƏR


Top xəbərlər