Proqnoz: Neftə tələbat yaxın 20 ildə 7% azalacaq

Proqnoz: Neftə tələbat yaxın 20 ildə 7% azalacaq
15:12 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Qlobal bazarda neftə məcmu tələb 2035-ci ildə 87 mln. barel/gün təşkil edərək cari tələbdən 7% az olacaq. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "VYGON Consulting" şirkətinin hazırladığı proqnoz hesabatın baza variantında qeyd olunub. Hesabatda həmçinin bildirilir ki, məcmu neft tələbinin 2023-cü ildə cari səviyyədən 3,3% artımla gündəlik 97 mln. barelə çatması gözlənilir.
"VYGON Consulting"ə görə, neftə tələbin azalmasına səbəb kimi avtonəqliyyat və energetika sektorlarında istehlakın azalması göstərilib. Bununla yanaşı, OECD ölkələrində 2035-ci ilə qədər neft tələbinin 27% azalması, inkişaf etməkdə olan ölkələrdə isə 11% artması proqnozlaşdırılır.
Şirkətin baza proqnoz variantına əsasən, avtomobil nəqliyyatı yanacağı 2035-ci ilə kimi 2015-ci ildəki gündəlik 43,2 mln. bareldən 3,3 mln. barel/gün və ya 7,6% azalaraq 39,9 mln. barel/günə enəcək. Benzin istehlakı cari məcmu tələbin 24%-ni təşkil edirdisə, 2035-ci ilə bu göstərici 15%-ə, dizel yanacağının payı isə 31% (sabit) səviyyəsində olacaq. 
Analitiklərin fikrincə, neft, bərpa olunan enerji növlərinin inkişafından asılı olmayaraq əsas enerji mənbəyi olmağa davam edəcək: "Bununla yanaşı, neftə tələbin kəskin azalması mümkündür. Neft hasilatının maksimal həddə çatması fonunda istehlak bazarları uğrunda mübarizə neft qiymələrini kəskin azalda bilər".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/proqnoz-nefte-telebat-yaxin-20-ilde-7-azalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR