Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan gömrükçüləri 27 ədəd mobil telefon aşkar ediblər

Azərbaycan gömrükçüləri 27 ədəd mobil telefon aşkar ediblər

Date: 24 October 2016 15:42

Bakı. 24 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. 
Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 27 ədəd mobil telefon, 13 ədəd adapter, 11 ədəd qulaqcıq və 29 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Tags:  Azərbaycan gömrükçüləri 27 ədəd mobil telefon aşkar ediblər

RƏYLƏR


Top news