Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MTRŞ telekanalı "qaraladı": "Toyxana tipli verilişlər orada daha çoxdur"

MTRŞ telekanalı "qaraladı": "Toyxana tipli verilişlər orada daha çoxdur"

Date: 24 October 2016 15:57

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" telekanalında yayımlanan "Bu maraqlıdır" verilişində baş verənlərə münasibət bildirib.

Milli.Az bildirir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib ki, "Bu maraqlıdır" verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: "Bu tipli verilişlər xüsusilə "Space"də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə yayımçılar, o cümlədən "Space", reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir".
 
Qeyd edək ki, "Space" telekanalının efirində yayımlanan "Bu maraqlıdır" verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.

Milli.Az


Tags:  MTRŞ telekanalı qaraladı Toyxana tipli verilişlər orada çoxdur

RƏYLƏR


Top news