Roma Papasının səfəri zamanı Gürcüstanda arxiyepiskop vəfat edib

Roma Papasının səfəri zamanı Gürcüstanda arxiyepiskop vəfat edib
16:02 24 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Halidey arxiyepiskopu Hanna Zora Tbilisinin "Holiday İnn" mehmanxanasında vəfat edib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, Tbilisiyə Roma Papası Fransisklə görüşə gəlibmiş.
Məlumata görə, mehmanxana rəhbərliyi arxiyepiskopun səhəttinin pisləşərək öldüyünü təsdiqləyib.
"Xadimənin sözlərinə görə otaq qana bulaşmışdı. O, çoxlu qan itirmişdi. Xadimə hadisə ilə bağlı təhlükəsizlik xidmətinə gördüklərini söyləyib. Vatikan təmsilçiləri və Gürcüstan hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə gəldi. Onlar xadiməni sorğu-sual ediblər. Bunda sonra həmin işçi bu barədə heç nə danışmır" - Gürcüstanda çıxan "Prime time" qəzeti yazıb.
Faktla bağlı cinayət işi açılıb.
Xatırladaq ki, arxiyepiskop Hanna Zora 1939-cu il martın 15-də İraqın Tel-Keppe bölgəsinin Batnaia kəndində anadan olub. 1974-cü ildən İranın Əhvaz şəhərində arxiyepiskop işləməyə başlayıb. O, 1987-ci ildə İranı tərk edib. Həmin ildən Kanadada katolik kilsəsinin başçısı kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Roma Papası Fransisk bu il sentyabrın 30-dan oktyabrın 1-dək Gürcüstanda, oktyabrın 2-də isə Azərbaycanda səfərdə olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/roma-papasinin-seferi-zamani-gurcustanda-arxiyepiskop-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR