"Tərbiyəsi, əxlaqı odur" - Nisə Qasımova əsəbiləşdi

"Tərbiyəsi, əxlaqı odur" -  Nisə Qasımova əsəbiləşdi
16:06 24 Oktyabr 2016
395 Şou
Ölkə mətbuatı
A- A+

“Sənin nə ixtiyarın var özündən böyük ifaçını görməyəsən? O müğənnilər başları dik gəzirlər, ayaqlarının altını görmürlər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova “10-dan sonra” verilişində deyib.

Müğənni toylardan birində ifaçılar Eldəniz Məmmədov və Zenfira Məmmədovanın ona qarşı etdiyi hərəkətə əsəbiləşib:

“45 il ərzində özümü heç bu ilki kimi danlamamışdım. Fırlanıram gözüm gözlərinin içinə baxır, guya məni görmürlər. Biri yalandan telefonla oynayır, o biri də guya eşitmir, görmür. Halbuki onları həmişə mən qarşılayıb, qucaq açmışam. Sən kimsən? Uzaqdan baxıb, "salam” deyə bilməzsən? Tərbiyəsi, əxlaqı odur. Elə üzrlər var ki, onu qəbul etmək istəmirəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR