Donald Trampın seçki qərargahı Hillari Klintonla daha bir müzakirə keçirmək istəyir

Donald Trampın seçki qərargahı Hillari Klintonla daha bir müzakirə keçirmək istəyir
16:17 24 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın seçki qərargahı rəqib Demokratlar Partiyasının namizədi Hillari Klintonla müzakirələrin dördüncü mərhələsinin keçirilməsini istədiklərini dilə gətirib.
"Report" xəbər verir ki, bu barədə D.Trampın seçki kampaniyasının meneceri Kellian Konuey WNYM radiostansiyasına müsahibəsində bildirib.
"Açığı, daha çox debat görmək istərdim. Məncə, belə müzakirələr ölkəyə faydalıdır. Demokratların vaxtı olsa, daha bir debat təşkil etmək istəyirik" - K.Konuey vurğulayıb.
Xatırladaq ki, sonuncu - üçüncü müzakirələr oktyabrın 19-da keçirilib. ABŞ-da prezident seçkiləri isə noyabrın 8-də baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/donald-trampin-secki-qerargahi-hillari-klintonla-daha-bir-muzakire-kecirmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR