Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD lideri Mosuldan qaçdı

İŞİD lideri Mosuldan qaçdı

İŞİD-in 180-dən çox lideri öldürüldü (22 Mart 2017 22:43)
Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 minə çatıb (12 Mart 2017 20:52)
Qərbi Mosuldan qaçqın düşənlərin sayı açıqlandı (12 Mart 2017 20:49)

Tarix: 24 Oktyabr 2016 16:17

İŞİD lideri Əbubəkir Bağdadi Mosuldan qaçıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, İraqdakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan "Rudaw" agentliyi İŞİD rəhbərinin son olaraq bu ayın 19-da Mosulda göründüyünü yazıb. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan xəbərdə qeyd edilir ki, İraq ordusu və kürd qüvvələrin Mosulun terrorçulardan azad edilməsi ilə bağlı başlatdığı əməliyyatdan sonra şəhərdə hərəkətlilik artıb və İŞİD-ə rəhbərlik edən əsas komandirlər buranı tərk ediblər. Bağdadi də bəzi komandirlərlə birgə Suriyanın Rəqqa şəhərinə çəkilib.

Qeyd edək ki, hazırda əməliyyatlar davam etdirilir və birləşmiş qüvvələr Mosulun 5 kilometrliyindədir. Şəhərdə hazırda 4-8 min İŞİD terrorçusunun olduğu ehtimal edilir.

Milli.Az


Teqlər:  İŞİD lideri Mosuldan qaçdı



RƏYLƏR


Top xəbərlər