Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Cazmen Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

Cazmen Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

Date: 24 October 2016 16:17

Bakı. 24 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və BP-Azərbaycan şirkəti tərəfindən sabah virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim ediləcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, Nizami Kino Mərkəzində filmin nümayişindən əvvəl mətbuat konfransı keçiriləcək.
Sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamının banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.
Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.

Tags:  Cazmen Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

RƏYLƏR


Top news