Canlı yayımda QALMAQAL - VİDEO

Canlı yayımda QALMAQAL - VİDEO
16:18 24 Oktyabr 2016
171 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Namiq “Sənin ulduzun” adlı yeni layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, “Dünya TV”-də yayımlanan müsabiqənin münsif kürsüsündə Əməkdar artist Cavanşir Məmmədov, Babək Niftəliyev, Ruhəngiz Allahverdiyeva və aşıq Namiq əyləşib.

Publika.az-ın xəbərinə görə, Namiq Fərhadoğlu bildirib ki, qalibə avtomobil hədiyyə olunacaq: “Köklə sazı” layihəsi kimi “Sənin ulduzun”-un qalibinə də avtomobil hədiyyə edəcəyəm. Layihənin ilk günü uğurlu alındı, proqram reytinq cədvəlində özünə məxsus yer tutdu. Münsiflərimiz də iştirakçıları doğru istiqamətləndirdi, doğrularını və yanlışlarını göstərdi. Bu hal məni sevindirir. Mən musiqimizin inkişafı üçün çalışıram. İnanıram ki, incəsənətimizə arzuladığım töhfələri verməyi bacaracağam”.

Müsabiqə qalmaqalsız ötüşməyib. Münsiflər iştirakçıların fonoqram oxumasına etiraz ediblər. Bu isə bəzi iştirakçıların xoşuna gəlməyib. Əməkdar artist Babək Niftəliyev iştirakçıları canlı oxumağa çağırıb: “Biz ifaçılara öz iradlarımızı bildirməliyik. İstəyirik ki, fonoqramlar yığışdırılsın. Hər kəs əsl səsini nümayiş etdirsin. İştirakçılar oxuduqları mahnıları yaşatsınlar”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR