Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda kafedə sərxoş müştərini döydülər

Bakıda kafedə sərxoş müştərini döydülər

Date: 24 October 2016 16:22

Bakı şəhəri, Yasamal rayonunda 30 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Günəş" kafesində qeydə alınıb.
1986-ci il təvəllüdlü, Şirvan şəhər sakini Hüseynov Elməddin Mötəbər oğlu kafedə müştəri qismində əyləşib. Yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olan E.Hüseynov digər masada əyləşən müştərilərin ünvanına nalayiq ifadələr işlədib. Mübahisə düşüb, nəticədə E.Hüseynov döyülüb.

Ağır xəsarət alan yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda kafedə sərxoş müştərini döydülər

RƏYLƏR


Top news