Rezident əlaqələndirici: "BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır"

Rezident əlaqələndirici: "BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır"
16:27 24 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Bu məsələ Azərbaycan və BMT arasında əməkdaşlıq üzrə yeni çərçivə sazişində əks olunacaq".
"Report" xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai "ADA" Universitetində keçirilmiş və BMT-nin yaranmasının 71 illiyinə həsr olunmuş "Azərbaycanda davamlı inkişafa nail olunmasında gənclərin rolu" mövzusunda panel müzakirələri zamanı deyib.
O, Azərbaycanda Davamlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının yaradılmasının BMT üçün çox əhəmiyyətli olduğunu qeyd edib. Q.İsakzai bunu Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə sadiqliyi kimi qiymətləndirib.
"Azərbaycan hökumətinin bu addımlarını dəstəkləyirik. Bundan əlavə, bu il Gəncədə Avropa Gənclər Forumu açılıb, aprel ayında isə Bakıda 7-ci Sivilizasiyalar Forumu keçirilib" - BMT-nin rezident əlaqələndiricisi xatırladıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/rezident-elaqelendirici-bmt-genclerin-inkisafi-sahesinde-azerbaycana-destek-vermeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR