Bakıda kişi sevgilisinin qapısını döyən qonşunu bıçaqladı

Bakıda kişi sevgilisinin qapısını döyən qonşunu bıçaqladı
16:37 24 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Yusif Səfərov küçəsində yerləşən binalardan birinin blokunda 1988-ci il təvəllüdlü Bayramov Səbuhi Rafiq oğlu bıçaqlanıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, 28 yaşlı Səbuhini qonşuluqda yaşayan qadının qeyri-rəsmi nikahda yaşadığı 1987-ci il təvəllüdlü Muradov Zamiq Məharət oğlu bıçaqlayıb. Belə ki, dünən gecə saatlarında Z.Muradov sevgilisinin evində olarkən Səbuhi Bayramov onların evinin qapısını döyüb. Qapını açan Zamiq Səbuhi ilə mübahisə edib və onu hədələyib. Z.Muradov qonşudan qeyri-rəsmi nikahda yaşadığı qadının qızlarından uzaq durmasını tələb edib. Daha sonra mübahisə qanlı münaqişəyə çevrilib.
 
Hadisəni törədən Z.Muradov qaçıb.
 
Bildirilir ki, o, daha əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR