Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əli Həsənov Türkiyədə gedib - PREZİDENTİN TAPŞIRIĞI İLƏ

Əli Həsənov Türkiyədə gedib - PREZİDENTİN TAPŞIRIĞI İLƏ

Date: 24 October 2016 16:39

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Əli Həsənov səfər çərçivəsində oktyabrın 24-də  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

 

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

 


Tags:  Əli Həsənov Türkiyədə gedib PREZİDENTİN TAPŞIRIĞI İLƏ


RƏYLƏR


Top news