Futbolçular daim diqqət mərkəzində olduğundan onlar haqda dedi-qodular dərhal gündəmi zəbt edir. Hələ söhbət nikahdankənar münasibətlərdən gedirsə, bu söz-söhbət boşanmaya qədər uzana bilər.
Milli.Az publika.az-a istinadən bildirir ki, "Real"ın yarımmüdafiəçisi Xames Rodrigesin evlilik həyatının da üzərini qara buludlar alıb. Kolumbiya mətbuatı Xameslə həyat yoldaşı Daniella Ospinanın ayrılacağını iddia edib. Səbəb kimi isə futbolçunun gecə həyatına qurşandığı və rus gözəlçə Helqa Lovekati ilə münasibətdə olduğu göstərilib.
Milli.Az