Bakıda “Gənclərə münasib dünya” mövzusunda tədbir keçirilib – FOTOLAR

Bakıda “Gənclərə münasib dünya” mövzusunda tədbir keçirilib –  FOTOLAR
16:48 24 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün “ADA” Universitetində BMT-nin yaranmasının 71-ci ildönümünə həsr olunan “Gənclərə münasib dünya” mövzusunda tədbir keçirilib.

Publika.az xəbər verir ki, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, elmi təşkilatların üzvləri və başqaları iştirak ediblər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ötən 71 ildə BMT-nin gördüyü işlərdən bəhs edib. Vurğulanıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.

BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışan “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev müstəqil Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunduğunu xatırladıb.

H.Paşayev rəhbərlik etdiyi universitetin fəaliyyət göstərdiyi ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

H.Paşayev qeyd edib ki, artıq bu cür tədbirlər “ADA”-da bir neçə dəfə təşkil olunub:

“Mövzu aktualdır. Əminəm ki, universitetimizin tələbələrinin də deməyə sözü olacaq. Çünki burada gənclərin rolu müzakirə olunacaq. Onlar da bu müzakirələrdə iştirak edəcək. Öz təcrübəmdən deyə bilərəm ki, mən bir zamanlar azərbaycanlı gənclərin BMT-nin Baş Qərargahında təmsil olunmalarını istəmişəm. Ancaq bu gün bizim gənclər bu uğurları artıq əldə ediblər. BMT-nin bu sahədə dünyaya böyük töhfəsi olub. Bu gün biz də BMT ilə birgə bu tədbiri keçiririk. Bundan başqa, biz hər il xüsusi klublar təşkil edirik və bu proqrama xüsusi qayğı ilə çalışırıq. Əsas məqsəd bu proqramın uğurla həyata keçirilməsidir. Artıq bu il uğurlu məzunlarımız da var”.

Rektor “ADA” universitetinin binasını BMT-nin binalarına bənzədib:

“Rəhbərlik etdiyim “ADA” universiteti memarlıq baxımından BMT-nin bəzi idarələrini xatırladır. BMT kimi bizdə də oxşar toplantı zalları var”.

Tədbirdə BMT-nin Azərbaycandakı nümayəndəliyinin elan etdiyi yazı müsabiqəsinin “ADA” universitetinin tələbəsi olan qalibləri hədiyyələrlə mükafatlandırılıb.

Sonra “Qlobal, regional və lokal kontekstdə gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu” mövzusunda panel iclas keçirilib.

Vasif Həsənli



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR