SOCAR-da İOSH təhlükəsiz idarəetmə sistemi ilə bağlı beynəlxalq kurs keçirilir

SOCAR-da İOSH təhlükəsiz idarəetmə sistemi ilə bağlı beynəlxalq kurs keçirilir
16:52 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Kadr hazırlığının təşkili Mərkəzində SOCAR idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul mütəxəssislər üçün “İOSH Təhlükəsiz İdarəetmə Sistemi” beynəlxalq kursu başlayıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, kursun sonunda imtahanlarda müvəffəqiyyət qazananlara İOSH-un (Böyük Britaniyanın “Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutu”) “Təhlükəsiz İdarəetmə” (ManagingSafety) dinləyici sertifikatı təqdim olunacaq: “Kursun təşkili iş yerlərində risklərin azaldılmasına, işlərin təhlükəsiz idarə edilməsinə, qəza araşdırmalarının həyata keçirilməsinə, iş şəraitində təhlükələrin müəyyən edilməsinə və düzəlişlərin həyata keçirilməsinə şərait yaradacaq”.
Qeyd edək ki, SOCAR idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin beynəlxalq standartlar səviyyəsində aparılması məqsədilə dünyada nüfuzlu beynəlxalq təşkilat hesab olunan İOSH-a üzvlük istiqamətində işlər davam etdirilib və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb.



Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-da-i-osh-tehlukesiz-idareetme-sistemi-ile-bagli-beynelxalq-kurs-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR