Bakı və Abşeron yarımadasında rəqəmli yayım üçün ehtiyat şəbəkələr quraşdırılır

Bakı və Abşeron yarımadasında rəqəmli yayım üçün ehtiyat şəbəkələr quraşdırılır
17:02 24 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Noyabrın 1-dən Bakı və Abşeron yarımadasında analoq yayımın dayandırılacağı ilə əlaqədar hazırda rəqəmli yayımın fasiləsizliyini təmin olunması istiqamətində işlər aparılır.
Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən "Report"a bildirilib ki, rəqəmli yayımda dayanıqlığın təmin olunması üçün işlər aparılır: "Hazırda rəqəmli yayımda siqnalların dayanıqlığının təmin olunması üçün işlər həyata keçirilir. Ehtiyat şəbəkələr quraşdırılır".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qərarına uyğun olaraq noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Dekabrın 1-dən isə digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/media/baki-ve-abseron-yarimadasinda-reqemli-yayim-ucun-ehtiyat-sebekeler-qurasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR