"Həyat gözəldir, yaşamaq, sevmək və sevilmək hər kəsin haqqıdır".
Milli.Az ATV.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "İnstaqram"da yazıb. O qeyd edib ki, Allah hər kəsə layiqli həyat yoldaşı qismət etsin:
"Təbiəti çox sevirəm. Dünyada gördüyümüz hər şey canlıdır, daşlar belə... Öz əllərimlə çay kənarından topladığım daşlara can verdim, bir əsər yaratdım, standart ailə tablosu. Bu bacarıq mənə rəhmətlik atamdan keçib. Yaradıcılıq işi görəndə yenidən doğuluram. Bilirəm ki, onun da ruhu şad olur. Allah əzizlərimizi qorusun!"
Aparıcının düzəltdiyi tablonu təqdim edirik.
Milli.Az