Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nisə Qasımova özündən çıxdı

Nisə Qasımova özündən çıxdı

Nisə Qasımova imicini dəyişdi - FOTO (13 Mart 2017 11:24)
Nisə Qasımovanın yeni görünüşü - FOTO (13 Mart 2017 10:22)
Əməkdar artist vəfat etdi (09 Mart 2017 14:04)

Tarix: 24 Oktyabr 2016 17:12

Xalq artisti Nisə Qasımovanı özündən çıxarıblar. Buna səbəb bəzi həmkarlarının onun mahnılarını başqa tərzdə oxumasıdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, əsəbləşən sənətkar ürəyini "İnstagram" səhifəsində boşaldıb: "Bəzi insanlar qarşısında təcrübəli və işini yaxşı bilən bir müğənni görüb də, nədən özlərini ağıllı göstərirlər? Ən azından təcrübəli insanın məsləhətinə qulaq asıb, daha səmərəli işbirliyi qura bilərlər axı. Bu hallara çox əsəbləşirəm. Nə isə..."

Sosial şəbəkə istifadəçiləri müğənninin müdafiəsinə qalxıblar: "Nisə xanım! Siz öz möhürünüzü vurmusunuz və vurursunuz, xalq artisti fəxri adını layiqincə almısınız və ondan da çoxa layiqsiniz. Canım Nisə xanım, mən yaltaqlanmıram, nə suyum, nə havam sizdən asılıdır. Lakin bir söz deyə bilərəm - Nisə oxuduğu mahnıları, heç kəs o tərzdə, o gözəllikdə, o ürəklə oxuya bilməz, ona görə də deyirəm - "özünüzü biabir edib, Nisə xanım oxuduğu mahnıları OXUMAYIN, öz paxırlarınızı açmayın, biabır etməyin özünüzü. Bu, Allah vergisidir, vəssalam".

Milli.Az


Teqlər:  Nisə Qasımova özündən çıxdı



RƏYLƏR


Top xəbərlər