"Emosiyaları görmək istəmirsinizsə, onda peşəmizi dəyişib evdə oturaq"

"Emosiyaları görmək istəmirsinizsə, onda peşəmizi dəyişib evdə oturaq"
17:12 24 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Antonio Konte "Mançester Yunayted" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis bunları deyib:

"Mən futbolçu olmuşam, davranış qaydasını bilirəm. Hər kəsə hörmətlə yanaşıram. "Yunayted" azarkeşləri oxumağa davam edirdilər, bizimkilər isə nədənsə susurdular. İstədim ki, onlar bizim futbolçuları alqışlasınlar. Joze ilə aramızda heç nə olmadı. Heç kimi ələ salmaq fikrim yoxdur. Qarşımdakından da hörmət tələb edirəm. Futbolda emosiyaları görmək istəmirsinizsə, onda peşəmizi dəyişib evdə oturaq. Təkrar edirəm, Mourinyonu alçaldacaq heç nə etməmişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR