Kamran təqdimat edəcək

Kamran təqdimat edəcək
17:21 24 Oktyabr 2016
45 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Kamran Quliyev təqdimata hazırlaşır.

Axşam.az-ın məlumatına görə, o, yeni açdığı “KA media group” üçün təqdimat mərasimi keçirəcək.

K.Quliyev bildirib ki, qonaqlar üçün fərqli dəvət hazırlayıb:

“Tədbirə yalnız xüsusi qonaqlar dəvət olunacaq. Təqdimat mərasimi “Holiday inn Baku” oteldə noyabrda baş tutacaq. Dəvətnamə isə video formada hazırlanır. Videoda qara geyimli şəxs otağa daxil olacaq, kresloda əyləşib qonağın adını çəkərək dəvət edəcək. Bu görüntüləri hər kəsin "WhatsApp"ına göndərəcəyik. Təqdimatın son hazırlıq işləri qalıb. Həmin gün şirkətlə yanaşı "KAmedia.az" saytımızı, İnstaqram, Facebook səhifəmizi və “Youtube” kanalımızı da istifadəyə verəcəyik. İnsanlar şirkətimizin xidmətləri haqda məlumatı saytdan oxuya biləcəklər. Hazırda təqdimat günü üçün bir çox sponsorluq etmək istəyən şirkətlər var. Bizə uyğun olacaq bir qrumla işbirliyinə razılıq verəcəyik”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR