Nazirin Tovuzda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib

Nazirin Tovuzda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib
17:22 24 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Tovuz rayonunda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul oktyabrın 27-dən noyabrın 3-nə keçirilib.
Qeyd edək ki, qəbul Tovuz şəhərinin Heydər Əliyev Mərkəzində (ünvan: Tovuz şəhəri Əzizbəyov küçəsi 1) saat 10:00-da keçiriləcək. Görüşdə Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Görüşə gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1) müraciət etmələri (əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/nazirin-tovuzda-nezerde-tutulmus-gorusunun-vaxti-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR