Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızıl gələn il 15 faiz bahalaşacaq

Qızıl gələn il 15 faiz bahalaşacaq

Date: 24 October 2016 17:28

Qiymətli metal ABŞ Mərkəzi Bankı FED-in faiziləri artırması, dolların təzyiq altında qalması nəticəsində gələn ilin sonuna qədər 15 faizə qədər bahalaşa bilər.

Publika.az xəbər verir ki, “Templeton Emerging Markets Group”nun icraçı direktoru Mark Mobius Bloomberg-ə verdiyi müsahibədə belə deyib. O bildirib ki, FED faizi bir az artıracaq, ancaq bu artım aqressiv olmayacaq: “Çox şey real faizlərə bağlı olacaq”.

Nəzərə çatdıraq ki, adətən dollar bahalaşanda qızıl ucuzlaşır. Lakin qızıl 2016-ci ildə qlobal iqtisadiyyatın sağlamlığına dair narahatlıqlar, yumşaq pul siyasətləri və Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması qərarından sonra 19 faiz bahalaşıb. Xatırladaq ki, FED təxminən 10 illik fasilədən sonra ötən ilin dekabr ayında faiz artımına getdi. Sonrakı altı toplantısında dəyişiklik etmədi.

Mərkəzi bankların artan qızıl alışına da diqqət çəkən Mobius “dollar çox güclü deyil və daha da düşə bilər”, – deyib. Onun fikrincə, əgər belə olsa, qızıl daha da bahalı hala gələ bilər.

İqtisadiyyat şöbəsi


Tags:  Qızıl gələn il 15 faiz bahalaşacaq

RƏYLƏR


Top news