Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Kikboks Federasiyasının (AKF) prezidenti Adil Əliyev rinqə çıxacaq.
Milli.Az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Kikboks Federasiyasının (AKF) prezidenti Adil Əliyev İtaliyada təşkil ediləcək kikboks turnirində rinqə çıxaraq döyüşəcək.
Turnirə hazırlıq məqsədilə ciddi təlim-məşq keçən millət vəkilinin fikrincə, idman insanların həyat tərzi olmalıdır. A.Əliyev İtaliyadakı turnirə 35 peşəkar heyətlə getdiklərini və bu dəfə özünün rinqə çıxacağını açıqlayıb.
Qeyd edək ki, A.Əliyev bundan əvvəl də bir sıra turnirlərdə iştirak edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib.
Yusif Nəsirli
Milli.Az