Türkiyə ordusu Qarabağa daxil olacaq – MƏXFİ PLAN

Türkiyə ordusu Qarabağa daxil olacaq – MƏXFİ PLAN
17:33 24 Oktyabr 2016
387 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin Dağlıq Qarabağ münaqişəsində konstruktiv rolunu yenidən vurğuladı. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı iclasından Sergey Lavrovun “Türkiyə-Ermənistan sərhədlərinin açılması Qarabağ münaqişəsinin həlindən keçir” açıqlamasının davamı idi.

Publika.az xəbər verir ki, Ermənistanın “1in.am” saytı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq prosesinin getdiyini yazıb.

Sayt Lavrovun açıqlamasına Ermənistan rəhbərliyinin əvvəlcə heç bir reaksiya vermədiyinə diqqət çəkib: “Daha sonra rəsmi İrəvan buna qarşı olduğunu bəyan etdi. Lakin Zaxarovanın eyni fikiri yenidən təkrarlaması o deməkdir ki, Ermənistanın rədd etməsinə baxmayaraq, Moskva öz ssenarisini davam etdirmək niyyətindədir. Həm də bu ssenari olduqca ehtiyatlı aparılır. Rusiya Türkiyənin münaqişədə konstruktiv rolundan danışır. Bu, ilk baxışda pis deyil. Çünki Türkiyə konstruktiv rol oynayacaqsa, Ermənistan mühasirədən çıxacaq. Lakin bunun alt qatında ərazilərin Azərbaycana qaytarılması prosesi gedir”.

Sayt yazır ki, Ermənistan ictimaiyyəti ərazilərin qaytarılmasına hazırlanır.

“Moskva əvvəlcə erməni ictimaiyyətini Türkiyənin münaqişədəki roluna öyrəşdirir. Yəni, birinci mərhələdə bu məsələ Ermənistanda müzakirə müstəvisinə keçir. Ermənistanın “Türkiyənin iştirakına yekdil inkar” mərhələsindən müzakirə mərhələsinə keçidi təmin olunur. Əslində, bunun çətin olmayacağı və Ermənistan rəhbərliyinin Türkiyənin münaqişənin həllində rolunu qəbul edəcəyi məlumdur. Bu, baş tutandan sonra ikinci mərhələyə keçid olacaq. İkinci mərhələdə soyqırımın (qondarma “erməni soyqırımı” - red) arxa plana keçidi təmin olunacaq. Üçüncü mərhələdə isə münaqişənin həlli və ərazilərin qaytarılması baş verəcək. Daha sonra türk və rus sülhməramlıları Qarabağa daxil olaraq, təhlükəsizliyi öz üzərlərinə götürəcəklər. Bu barədə Ankara və Moskva qapalı təmaslarda artıq razılaşıb”, - deyə sayt qeyd edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR