Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: "Türkiyədə 28 163 təhsil işçisi vəzifədən kənarlaşdırılıb"

Nazir: "Türkiyədə 28 163 təhsil işçisi vəzifədən kənarlaşdırılıb"

Date: 24 October 2016 17:42

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 28 163 nəfər vəzifədən kənarlaşdırılıb".
"Report" "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz II Təhsil Konqresinin açılışındakı çıxışında bildirib.
"Hazırda 20 088 nəfərin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı tədbirlər davam edir. FETÖ ilə heç bir əlaqəsi olmayan 5 078 nəfər vəzifəsinə geri qaytarılıb. 10 877 təhsil işçisinin isə terrorçu PKK qruplaşması ilə əlaqədə olub-olmaması araşdırılır. Onlardan 424-ü terrorçu qruplaşma ilə əlaqəsi olmadığına görə işinə qayıdıb".

Tags:  Nazir Türkiyədə 28 163 təhsil işçisi vəzifədən kənarlaşdırılıb

RƏYLƏR


Top news