Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kürdlər Bağdadın spirt qadağasını tanımadılar

Kürdlər Bağdadın spirt qadağasını tanımadılar

Bağdadda silsilə partlayışlar törədilib, 11 nəfər ölüb, 22 nəfər yaralanıb (24 Fevral 2017 12:02)

Tarix: 24 Oktyabr 2016 17:43

İraq parlamentinin spirtin satışı, idxalı və istehsalı ilə bağlı qadağasını İraq kürd regional rəhbərliyi tanımayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kürd muxtariyyətinin səlahiyyətliləri qadağanın öz bölgələrində tətbiq olunmayacağını açıqlayıblar.

“Bu qadağa Kürdüstana təsir etməyəcək. Bağdad hökuməti daha əhəmiyyətli mövzulara diqqət ayırmalıdır”, - muxtariyyətin xarici işlər naziri Falah Bakır deyib.

İraq kürd regional rəhbərliyinin ərazisində spirtli içkilər daha çox Ərbildə, xüsusən xristian azlığın yaşadığı yaşayış məntəqələrində satılır.

Ömər Dağlı


Teqlər:  Kürdlər Bağdadın spirt qadağasını tanımadılar



RƏYLƏR


Top xəbərlər