“Şahdağ” gəmisi Trans-Xəzər reyslərinə qaytarılıb

“Şahdağ” gəmisi Trans-Xəzər reyslərinə qaytarılıb
17:47 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Şahdağ” gəmisi yenidən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yükdaşımalara cəlb ediləcək. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Şahdağ” gəmi-bərəsi Zığ gəmi təmiri zavodunda əsaslı təmirdən çıxıb.
Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, keçən ayın sonundan start verilən təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. “Şahdağ”ın baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.
Eyni zamanda, gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.
Qeyd edək ki, “Şahdağ” yenidən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.




Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/sahdag-gemisi-trans-xezer-reyslerine-qaytarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR