FİFA "Zabivaka"nın istifadə hüquqlarını aldı

FİFA "Zabivaka"nın istifadə hüquqlarını aldı
17:52 24 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2018 mundialının talismanı "Zabivaka"nın istifadə hüququnu satın alıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum Tomsk Dövlət Universitetinin tələbəsi Yekaterina Boçarovaya 500 dollar pul ödəyib.

"Talismana müəllif hüququnu hələ eskizi hazırlayanda FİFA-ya satmaq barədə razılaşmışdıq. Eskizləri müəllimlərimə göstərdim. Onlar buna ciddi yanaşmasalar da, sonra mənimlə fəxr etdilər. Uşaqlıqdan multiplikasiya ilə məşğul olmaq, cizgi film personajlarını çəkmək istəyirəm. Planımda "Disney"də işləmək var", - Boçarova deyib.

Qeyd edək ki, DÇ 2018-in talismanı olmağa pişik və pələng personajları da iddia edirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR