Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər

BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər

Date: 24 October 2016 17:52

Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili oktyabrın 24-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyinin prezidenti Qordon Birrel ilə görüşüb.
Baş nazirin dəftərxanasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə əsasən BP-nin regionda, xüsusən də Gürcüstanda reallaşdırdığı layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Cənub Qaz Dəhlizinin vacib komponentlərindən biri olan “Şahdəniz-2”, layihəsinin genişləndirilməsi üzrə Gürcüstanda həyata keçirilən işləri müzakirə ediblər. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd olunub.
Bildirilib ki, qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə BP 2 mlrd. dollar sərmayə qoyacaq: “Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

Tags:  BP-nin regional prezidenti Gürcüstanın baş naziri Şahdəniz-2 layihəsini müzakirə ediblər

RƏYLƏR


Top news