Premyer Liqanın IX turunun daha bir oyununda heç-heçə qeydə alınıb

Premyer Liqanın IX turunun daha bir oyununda heç-heçə qeydə alınıb
17:57 24 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, Şüvəlanda AZAL Zirənin eyniadlı komandasını qəbul edib. 
İlk hissə qonaqların üstünlüyü ilə keçib. Matçın 25-ci dəqiqəsində baş hakim Rauf Cabbarov top müdafiəçinin əlinə dəydiyi üçün meydan sahiblərinin qapısına penalti təyin edib. Topa yaxınlaşan Sezar Meza Kolli Aqil Məmmədovun qoruduğu qapıya yol tapıb. İlk 45 dəqiqə "Zirə"nin 1:0 qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə hər iki komanda aktivlik nümayiş etdirib. Lakin bu dəfə "təyyarəçilər" daha dəqiq oynayıb. Nuqzar Kvirtiyanın hava ilə ötürdüyü topu David Janelidze başla tora qovuşdurub. Qalan dəqiqələrdə komandaların fərqlənmək istəyi baş tutmayıb.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu görüşdən sonra "Zirə" xal ehtiyatını 11-ə çatdıraraq "Kəpəz"lə 4-5-ci pillələri bölüşür. Aktivində 3 xal olan AZAL isə turnir cədvəlinin sonuncu pilləsində yer alıb.
Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "İnter"lə heç-heçə edib - 0:0. Qalan 2 oyun oktyabrın 25-də keçiriləcək. Sabah "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" "Qarabağ"ı qəbul edəcək.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/premyer-liqanin-ix-turunun-daha-bir-oyununda-hec-hece-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR