Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Limanından konteynerlərin daşınması 73% artıb

Bakı Limanından konteynerlərin daşınması 73% artıb

Date: 24 October 2016 18:02

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub. Limandan "Report"a daxil olan məlumata görə, ən böyük artım irihəcmli nəqliyyat vasitələrində (TİR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.
Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3,25 mln. tona çatıb. Ümumi yükaşırmanın 86,8%-i tranzitin payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82% artıb.
Bi ilik ilk 9 ayında Bakı Limanı vasitəsilə 16 255 ədəd irihəcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,16 dəfə artım deməkdir. Bunların 9 323 ədədi (57,4%) Bakı-Aktau-Bakı, 6 932 ədədi (42,6%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Ötən ilin 9 ayı ilə müqayisədə konteynerlərin aşırılması 73% artaraq 13 859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79,8% artaraq 1,24 mln. ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13% artaraq 25 582 ədədə çatıb. Bunlardan 7 240 vaqon (28%) Bakı-Aktau-Bakı, 18 342 (72%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 17 011 nəfər olub.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı hesabat dövründə illik müqayisədə 7% artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlər və tikinti malların idxalının payına düşüb.

Tags:  Bakı Limanından konteynerlərin daşınması 73 artıb

RƏYLƏR


Top news