Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"

Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"
18:05 24 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Niderland kralını təbrik edib (26 Aprel 2017 18:12)
Prezident İlham Əliyev Bibiheybətdə bərpa edilmiş nadir quyunun vəziyyəti ilə tanış olub (26 Aprel 2017 10:22)
Prezident İlham Əliyev Yaponiya səfirinin etimadnaməsini qəbul edib - FOTO (25 Aprel 2017 10:17)

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Xanım Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Xanım Prezident, bir daha Sizi ölkəmizdə salamlamaq istərdim. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. İlin əvvəlində Londonda keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən mühüm ikitərəfli, regional, təhlükəsizlik, əməkdaşlıq, ticarətlə bağlı məsələlər barədə geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq.

Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir.

Bu gün biz xanım Prezidentlə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdik. Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa İttifaqı-Azərbaycan razılaşması üçün yaxşı potensial əsasdır.

Biz iqtisadi əməkdaşlığımızla bağlı məsələləri geniş müzakirə etdik. Əlbəttə ki, sabah biznes forumda bu, daha geniş müzakirə olunacaq. Lakin biz əsas sahələri, prioritetləri müəyyən etdik. Düşünürəm ki, bunlar ticarət və nəqliyyat sahələridir. Ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq. Nəqliyyat sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınmasında deyil, - baxmayaraq ki, biz bundan çox razıyıq, çox gözəl gəmilərdir, bizə Xəzər dənizində yük daşınmalarını artırmağa imkan verir, - həmçinin Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə şərait yaradacaq Şərq və Qərb arasındakı dəhliz - yeni İpək yolu nəqliyyat sahəsində əməkdaşlıq baxımından biznes dairələri üçün də yeni imkanlar açacaq.

Biz, həmçinin regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən xanım Prezidentə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan ilə Azərbaycan arasındakı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdim. Bizim torpaqlarımız təəssüf ki, uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.

Bu gün biz, həmçinin enerji sahəsində əməkdaşlığa dair çox ümidverici olan məsələləri müzakirə etdik. Biz artıq tərəfdaşıq. Xorvatiya bu ilin fevralında Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələrimiz arasında Anlaşma Memorandumu var. "Cənub Qaz Dəhlizi" layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur.

"Cənub" Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq.

Bizim iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlarımız var. Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım Prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır. Xanım Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53

Şahmatçılar futbol oynadılar -

28 Aprel 2017 00:45

Türkiyə-Suriya sərhədində insident olub

28 Aprel 2017 00:29

İsrail Suriyadan gələn təyyarəni vurdu

28 Aprel 2017 00:26

Makedoniyada etirazçılar parlament binasına daxil olublar

28 Aprel 2017 00:22

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

28 Aprel 2017 00:18

Vaşinqton: Türkiyə zərbələri ilə ABŞ hərbçiləri üçün təhlükə yaradıb

28 Aprel 2017 00:14

Astroloji proqnoz - 28 aprel

28 Aprel 2017 00:08

İŞİD-dən ABŞ-a zərbə:

27 Aprel 2017 23:55

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

27 Aprel 2017 23:52

Referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 23:43

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 23:39

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

27 Aprel 2017 23:37

"Kara Sevda"nın Nihanı sevgisini dodağına yazdırdı

27 Aprel 2017 23:37

"Yadplanetli" həbs olundu

27 Aprel 2017 23:34

Gənc qızın qorxunc taleyi

27 Aprel 2017 23:30

Qəbələdə su festivalı keçirildi - FOTOLAR

27 Aprel 2017 23:28

Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib

27 Aprel 2017 23:22

"Turan Tovuz"a çempionluq kuboku təqdim olundu -

27 Aprel 2017 23:22

Fransada bir ailə lotoreyada 83 milyondan çox pul udub

27 Aprel 2017 23:17

İsrail Suriyadan gələn təyyarəni vurdu

27 Aprel 2017 23:14

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 23:13

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 22:59

Bu müsəlman ölkəsində fahişəlik qanunidir - 12 yaşli qizlar… - ŞOK FAKTLAR - FOTOLAR

27 Aprel 2017 22:58

Mariya Zaxarova azərbaycanlı jurnalistləri təhqir etdi –

27 Aprel 2017 22:58

Mariya Zaxarovadan Azərbaycan jurnalistlərinə qarşı qeyri-adekvat davranış

27 Aprel 2017 22:54

2 yaşından siqaret çəkən uşağın indiki halı hər kəsi təəccübləndirdi - FOTO

27 Aprel 2017 22:38

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi -

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 22:34

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib

27 Aprel 2017 22:27

Tvitter xəstəliyi, “sındırılan” prezident və xalq düşmənləri - Trampın YÜZ GÜNÜ

27 Aprel 2017 22:23

Serj Sarkisyandan müharibə mesajı:

27 Aprel 2017 22:17

“Su festivalı” Qəbələdə

27 Aprel 2017 22:14

Almaniyada silahlı şəxs polisə hücum edib

27 Aprel 2017 21:49

"Moskva Türkiyənin kürdlərə zərbə endirməsindən narahatdır" -

27 Aprel 2017 21:46

Dərisinə görə utanan tibb bacısı İnstaqramda ulduza çevrildi - FOTO

27 Aprel 2017 21:38

Yusif Həsənov: "İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır"

27 Aprel 2017 21:32

Bakı-2017:

27 Aprel 2017 21:27

Daşkəsəndə mənşəyi məlum olmayan heyvan əti aşkarlandı - FOTOLAR

27 Aprel 2017 21:13

Bitlisdə hərbçilərə qadın PKK-çılar hücum edibmiş

27 Aprel 2017 21:04

Yaşın nə fərqi var ki?! 77 yaşlı aktyor gənc sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

27 Aprel 2017 21:03

Döyməli gəlinlər - FOTOLAR

27 Aprel 2017 21:03

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

27 Aprel 2017 21:02

Baş nazirin evi qarət edildi

27 Aprel 2017 20:57

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

27 Aprel 2017 20:48

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 20:47

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

27 Aprel 2017 20:37

Bu ölkədə fahişəlik qanunidir –

27 Aprel 2017 20:34

Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27 Aprel 2017 20:32