Prezident İlham Əliyev Prosineçkiyə təşəkkür etdi

Prezident İlham Əliyev Prosineçkiyə təşəkkür etdi
18:14 24 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

“Xorvatiya prezidenti ilə görüşdə enerji sahəsində olduqca ümidverici olan əməkdaşlığı müzakirə etdik. Biz artıq tərəfdaşıq”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra deyib. O bildirib ki, Xorvatiya bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələr arasında Anlaşma Memorandumu var: “Cənub Qaz Dəhlizi layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur. Cənub Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq”.

 

Prezident qeyd edib ki, iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlar var: “Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR