Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bağ evində kişini boğub qətlə yetirənlər apellyasiya şikayəti verdilər

Bağ evində kişini boğub qətlə yetirənlər apellyasiya şikayəti verdilər

Date: 24 October 2016 18:32

"Bakı Taxıl Terminalı" Kombinatının baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayət veriblər.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, təqsirləndirilən şəxs Mahnurə Hüseynovanın vəkili Günay Hacıyeva bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə prosesin vaxtı açıqlanacaq.

İttihama görə, bu il yanvarın 8-də "Bakı Taxıl Terminalı" Kombinatının baş texnoloqu Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyidi yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar" yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutulublar.

Müəyyən edilib ki, həmin şəxslər Q.Bağırovu yaşadığı bağ evində çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Tags:  Bağ evində kişini boğub qətlə yetirənlər apellyasiya şikayəti verdilər

RƏYLƏR


Top news