İNANILMAZ: Hamilə qaldı, miqrendən qurtuldu

İNANILMAZ: Hamilə qaldı, miqrendən qurtuldu
18:47 24 Oktyabr 2016
301 Dünya
Ölkə mətbuatı
A- A+

Keyt Tomson adlı qadın uzun zamandır əziyyət çəkdiyi və artıq xroniki hal almış miqren ağrılarından qurtulmaq üçün bir çox yola əl atsa da, heç bir faydası olmurdu. Sonda çıxış yolu olaraq hamiləliyi seçib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 14 yaşında ikən hemiplejik miqren diaqnozu qoyulan Keyt əkiz körpələri sayəsində bu xəstəliyinin sağaldığını iddia edir.
 
Hemiplejik miqren iflic və digər nevroloji problemlərə yol açır və nadir rastlanan bir xəstəlikdir.
 
İlk illərdə ayda bir dəfə miqreni tutan Keytin bu xəstəliyi 10 il sonra xroniki hala gəlib. Hətta o, əlil arabasında hərəkət edirmiş.
Hər cür müalicə almasına rəğmən, ağrılardan qurtulmayan Keytin həkimləri sonda ona hamilə qalmağı məsləhət görüblər. Həkimlər hamiləlik hormonları ilə bədənin yenilənəcəyini düşünürdülər.
 
Bir gün səhər Keyt yuxudan ağrısız oyanır. Bundan təəccüblənən Keytin düz bir həftə miqren ağrısı tutmur. Həmin həftənin sonunda o, hamilə olduğunu öyrənir. Üstəlik əkizləri olacaqdı.
Hamiləlik müddətində bir dəfə də ağrısı tutmayan qadının miqreni tamamilə yoxa çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR