Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Vergilər naziri Göygöldə vətəndaşlar ilə görüşəcək

Vergilər naziri Göygöldə vətəndaşlar ilə görüşəcək

Date: 24 October 2016 18:47

Bakı. 24 oktyabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov oktyabrın 28-də Göygöl rayonunda bu regiondan olan vətəndaşlar ilə görüşəcək. 
Bu barədə “Report”a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi 3 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək görüşdə Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan sakinlər iştirak edə bilərlər.
Görüşdə vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti, Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə əlaqə saxlayıb görüşə yazıla bilərlər.  

Tags:  Vergilər naziri Göygöldə vətəndaşlar görüşəcək

RƏYLƏR


Top news