Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın ayaqlarını cazibədar göstərən hərbiçi çəkmələri - FOTOLAR

Qadın ayaqlarını cazibədar göstərən hərbiçi çəkmələri - FOTOLAR

Date: 24 October 2016 18:48

Yeni mövsümdə çox maraqlı və çox cəsarətli ayaqqabı trendləri bir-bir ilə yarışa girib. Onların ən aktualı uzunboğaz çəkmələrdir.

Botfortlar (uzunboğaz çəkmələr) dəb dünyasında birmənalı qarşılanmayan əşyalardan biridir. Dəb tənqidçilərinin bəziləri onu az qala göylərə qaldırıb qarderobun ən zərurusi əşyası adlandırır, digəri isə onu olmazın “günahlarda” ittiham edirlər. Bununla belə vaxtilə hərbiçi ayaqqabıları olan borfortlar nəhayət ki, öz mövqelərini möhkəmlə bilib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, ötən qışda bəri dəbə minən zamşa bortfordlar bu mövsümün də sevilən modeli olmağa iddialıdır.

Dizaynerlər botfortların ünvanına deyilən sərt tənqidlərdən nəticə çıxararaq bir neçə mövsümdür ki, onları daha incə etməyə qərar verib. Qısacası, uzunboğaz çəkmələrin kobud versiyası daha dəbdə deyil.

Sözsüz ki, ən uğurlu variantlardan biri zamşalardır. Yaxşı olardı ki, qara və ya boz rənglər üzərində seçim edəsəniz. Çünki universal qara ilə boz istənilən rənglə yola gedir və kombin etdikdə sizin vaxtınızı almayacaq. Əgər ictimai nəqliyyatla gəlib-gedirsinizsə, onda altı düz, yaxud alçaq dabanlı modellərə üstünlük verin.

Düzün demək lazımdırsa, botfortlar yalnız ayaqları arıq xanımlara yaraşır və bu məsələdə mübahisə etmək yersizdir. Əgər sizin ayaqlarınızın kökdürsə, onda botfortlara tüpürün və özünə başqa model çəkmələr seçin. Narahat olmağa heç bir əsas yoxdur, moda evləri onsuz da bir-birindən fərqli və müxtəlif çeşiddə çəkmə modelləri təklif edib.

Bortfortlara paltar seçən zaman diqqətli və səliqəli davranmaq lazımdır. Bu çəkmələr midi və ya maksi ilə adətən yola getmir, onların cins şalvar ilə vəhdəti də uğurlu alınmır. Paltarın yeganə "halal" uzunluğu minidir. Bununla belə uzunboğaz çəkmələri həddindən artıq açıq-saçıq geyimlə uzlaşdırmaq olmaz. Yumşaq zamşa bortfortlar dəri və ya sadə, yığcam mini-yubkayla və ya həmcli sviterlərlə çox gözəl uzlaşır.

Onu da yaddan çıxartmayın ki, ətəklə çəkmə arasındakı məsafə nə qədər az olsa, bir o qədər effektli görünəcəksiniz. Paltarın və ya yubkanın ətəyi ilə ayaqqabı arasında nazik xətt qalmalıdır. Həmçinin paltarın çəkmələri bir az örtməsi də yolveriləndir. Sonda əlavə edək ki, dəri çəkmələr ayağa boş qalanda sizi olduğunuzdan kök göstərəcək. Çəkmələr ayağa yapışmalı, eyni zamanda rahat hərəkət etməyə imkan verməlidir.

Ayaqları inanılmaz dərəcədə gözəl göstərən bortfortlar qadınlar üçün əsl tapıntıdır! Onlar zərif cinsin nümayəndələrini daha qamətli və bütün bədəni vizual olaraq uzun göstərir. Belə çəkmə geyinmiş heç bir qadın şəhərimizin küçələrində diqqətdən kənarda qala bilməz!

Aytən



























Tags:  Qadın ayaqlarını cazibədar göstərən hərbiçi çəkmələri FOTOLAR

RƏYLƏR


Top news