Yadplanetlilərin izləri Rumıniyada... - FOTO

Yadplanetlilərin izləri Rumıniyada... - FOTO
18:52 24 Oktyabr 2016
286 Dünya
Ölkə mətbuatı
A- A+

Rumıniyada aşkar edilən alüminiumdan ibarət əşyanın yadplanetlilərə aid olduğu iddia edilir.

Milli.Az atv.az-a istinadən bildirir ki, araşdırmalar nəticəsində alüminiumdan ibarət parçanın 250 min il əvvələ aid olduğu təsdiqini tapıb. Alimlər hesab edirlər ki, insanlar sözügedən metaldan 200 il əvvəl istifadə etməyə başlayıblar. Başqa sözlə, 250 min əvvəl cəmiyyətin formalaşmadığı bir vaxtda belə əşyanın öz-özünə meydana gəlməsi real görülmür.

Qeyd edək ki, 1973-cü ildə tapılan əşya barədə ictimaiyyətə məlumat verilmirdi. İsveçrədə aparılan uzun araşdırmalardan sonra elm adamları təsdiqini tapan həqiqətləri yalnız indi media ilə paylaşıb.

Bildirilir ki, tapılan sirli əşyanın tərkibinin 90 faizi alüminiumdan ibarətdir. Rumıniyalı alimlərin sözlərinə görə, cəmiyyət formalaşmazdan əvvəl yadplanetlilər yerə gəlib və buradakı fəaliyyətləri zamanı bəzi izlər saxlayıb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR