"Bir qol da bizim üçün uğurdur"

"Bir qol da bizim üçün uğurdur"
19:05 24 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Qələbə qazanmağı hər bir baş məşqçi istəyir. Biz də bu gün meydana bir xal yox, qələbə üçün çıxmışdıq. Amma matç heç-heçə bitibsə, deməli, hər şey ədalətlidir. Birinci hissədə uşaqlarda həyəcan var idi. İkinci yarıda daha yaxşı oynadıq. Hücumda problemlərimiz var. İkinci hücumçunu meydana buraxdım ki, qol vuraq. Çünki qələbə qazanmaq istəyirdik. Lakin bir qol da bizim üçün uğurdur. Hər iki komanda bu gün həm qalib gələ, həm də məğlub ola bilərdi". (СВС)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR