Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rəqibin vurduğu qolun səbəbkarı özümüz olduq"

"Rəqibin vurduğu qolun səbəbkarı özümüz olduq"

Date: 24 October 2016 19:17

"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"İki fərqli hissə izlədik. Birinci yarıda biz, ikincidə isə rəqib yaxşı oynadı. AZAL döyüşkən komandadır. Hətta demək olar ki, bu gün biz 1 xal qazandıq. Heyətdə itkilər var. Amma meydana çıxanlar olmayanları layiqincə əvəz etdilər. Rəqibin vurduğu qolun səbəbkarı isə özümüz olduq. Qarşıda "Kəpəz"lə oyun var. Bu komandanın bizim üçün uğursuz rəqib olduğunu deməzdim. Sadəcə, statistika bizim xeyrimizə deyil. Böyük ehtimalla növbəti oyun bizim üçün uğurlu olacaq". (CBC)

Milli.Az


Tags:  Rəqibin vurduğu qolun səbəbkarı özümüz olduq

RƏYLƏR


Top news